“İdman sağlamlığın rəhnidir"
5 mart-"Bədən tərbiyəsi və İdman günü" ilə bağlı 4 “A” və 4 “C” sinifləri arasında idman yarışı keçirildi. Yarışda müxtəlif oyunlar şagirdlərin marağına və sevincinə səbəb oldu. Həyəcan və həvəslə yarışda iştirak etdilər. Yarışın məqsədi şagirdlərə fiziki inkişafın vacibliyini anlatmaq, onlarda müsbət emosiyaların dayanıqlı olmasını təmin etmək, idman və bədən tərbiyəsinin inkişafının çox önəmli olduğunu göstərmək idi.