"Xocalı xalqımızın qan yaddaşı" adlı şeir müsabiqəsi keçirildi

      Məktəbin fəaliyyət planına uyğun olaraq Xocalı faciəsinin  30 - cu ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Məqsəd soyqırım  qurbanlarını yad etmək, tarixi hadisələri unutmamaqdır. Şagirdlərə vətənpərvərlik hissini aşılamaqdır. Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi ermənilərin zaman- zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya  ictimayətinin nəzərinə çatdırılması üçün hər il faciənin il dönümü istər Respublikada, istərsədə onun hüdudlarından kənarda geniş qeyd olunur. Müsabiqədə iştirak edən şagirdlər öz çıxışlarında  Xocalını ürək  yanğısı ilə yad etdilər. I yer 5"A" sinfi Mirzəzadə Aysel,  II yer Əliyeva Fatimə, III yer Dünyamalıyeva Günay məktəbin Fəxri-fərmanı ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi