"Xodjaly-the trajedy of The century"mövzusunda seminar keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 11 “A” sinfində "Xodjaly-the trajedy of The century"mövzusunda seminar keçirildi. Seminarın keçirilməsində məqsəd şagirdlərin diqqətini düşmən vandalizminə yönəltmək, onları tariximizlə daha yaxından tanış etmək idi. İngilis dili müəllimi Sevinc Bədəlovanın rəhbərliyi ilə təşkil olunan seminarda şagirdlər öz təqdimatlarını nümayiş etdilər. Şagirdlərdən İ.Arzu, H.Lalə, Ə.Cəbrayıl Xocalı faciəsinin dəhşətləri haqqında ətraflı məlumat verdilər. D.Məhəmməd çıxış edərək 44 günlük müharibədə Xocalının qisasının alındığını bildirdi. M.Fatimə Xocalı faciəsinin dünyaya tanıdılması sahəsində dövlətimizin gördüyü işlərdən bəhs etdi. Seminarın sonunda Sevinc Bədəlova deyilənlərə öz münasibətini bildirdi və bu müsibətin heç vaxt unudulmaması üçün müəyyən işlərin görülməsinin vacibliyi haqqında danışdı.