Xocalı-Qan yaddaşımız!
Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığına qarşıyönəlmiş Xocalı qətliamından bizi 30 il zaman məsafəsi ayırır. Bu gün məktəbimizdə xocalı faciəsinin 30-ci il dönmü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sukutla yad edilidi. Daha sonra şagirdlərin hazırladığı kompozisiya nümayiş olundu. Şagirdlər öz çıxışlarında düşmənə nifrət hissini göstərdilər.
Tədbirdə məktəbin direktoru Nisə Fərəcova, direktor müavini Səfa Orucəliyev, UBR Mədinə İskəndərova iştirak etdilər.