Ən böyük sərvətimiz- Ana dili
Məkətbin illik fəaliyyət planına uyğun olaraq 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətiilə “Ən böyük sərvətimiz- Ana dili” adlı sinif təşkilat saatı keçirildi.
Sinif rəhbəri Rəna Abdullayeva şagirdlərə Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verdi, öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açdı.
Qeyd olundu ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Şagirdlərin ifasında Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirləri, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, “Bu gözəl vətən bizimdir” adlı mahnılar səsləndi.