Mənim ana dilim! adlı tədbir keçirildi

21 Fevral beynəlxalq "Ana dili" günü ilə bağlı 4 “C” sinfində tədbir keçirildi. Sinif rəhbəri Səbinə Əmiraslanova tədbirin məqsədinin öz ana dilimiz olan Azərbaycan dilini şagirdlərə sevdirmək, dilin xalqın həyatında, tarixi inkişafında, var olmasında, millət, xalq olaraq tanınmasında, hörmət görməsində oynadığı vacib rolu şagirdlərə anlatmaq olduğunu şərh etdi. Məktəblilər öz dillərini qorumaqla, eyni zamanda xalqın mədəni irsini, tarixini, millət olaraq özünü təsdiqini, milli dövlətçiliyini qorumuş olduqlarını anladılar. Tədbirdə şagirdlər Ana dilinə aid şeirlər,mahnılar, başqa dillərdən dilimizə keçən sözlərin qarşılığı olaraq  Azərbaycan dilində yazılan söz pankartları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi