"Ana dilim” adlı tədbir keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq 1”B” sinfində sinif rəhbəri Əliyeva Mərziyyənin təşkilatçılığı ilə “Ana dilim” adlı 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirin əsas məqsədi ana dilimizi qorumaq, yaşatmaq, dilimizin incəliklərini, saflığını, müqəddəsliyini, şagirdlərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Müəllimə çıxış edərək bildirdi ki, hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söylədilər. Başqa dillərdən dilimizə keçmiş sözləri deyil, öz ana dilimizdə qarşılığı olan sözləri söylədilər.

Tədbirdə UBR İsgəndərova Mədinə də iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi