21 Fevral - Beynəlxalq Ana Dili Günüdür
21 Fevral - Beynəlxalq Ana Dili Gününü bayram şəklində qeyd etmək artıq məktəbimizdə ənənəyə çevrilmişdir. Bu il də ənənəmizə sadiq olaraq “Ana dili və ədəbiyyat aylığı” çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə dil haqqında şeirlər, hikmətli fikirlər, musiqi nömrələri səsləndirildi. Nümayiş etdirilən nömrələrdə şagirdlərimizin Vətənimizə, dilimizə sonsuz sevgisi, mənəvi dəyərlərimizə həssaslıqla yanaşmaları tədbir iştirakçılarında qürur hissinin yaranmasına səbəb oldu. Tədbir boyu nümayiş etdirilən videoçarx və slaydlar çıxışlara xüsusi rəng qatdı. Müəllimlərin rəhbərliyi ilə şagirdlərin hazırladıqları kompozisiya, səhnəcik və musiqi nömrələri tamaşaçıların böyük marağına səbəb oldu. 5 "B" sinif şagirdi Mirzəzadə Ayselin, 7 "B" sinif şagirdi Həsənli Əfsanənin, 8 "A" sinif şagirdləri M. Aişənin, Ə.Lalənin, F. Tacirin, 9 "A" sinif şagirdləri Quliyeva Səbinənin, Heydərli Zeynəbin, Seydəlili Səbinənin, Kərimov İsanın, 10 "A" sinif şagirdləri Zalov Toğrul və Rzayev Muradın çıxışları fərqləndi. 7 "A" və 8 "C" siniflərinin şagirdlərindən ibarət xor diqqəti cəlb edən məqamlardan oldu.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə dilimizin dövlət dili statusunda olmasının qürurverici hadisə olduğunu, millətin varlığının təsdiqi olan dilimizi qorumağın və təbliğ etməyin vacibliyini aşılamaqdır.