AZƏRBAYCAN DİLİ FƏNNİNDƏN NÜMUNƏVİ AÇIQ DƏRS KEÇİRİLDİ
Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində 6 “B” sinfində Azərbaycan dili fənnindən nümunəvi açıq dərs keçirildi. “Qoca Aşpaz” mövzusunda keçirilən açıq dərsdə 2.2.1. Və 1.1.2. standartları reallaşdırıldı. Kollektivlə işlə keçilən dərsdə direktor müavini Günel İsmayılova, fənn birləşmə rəhbəri Kəminə Zalova iştirak edirdi. İlk olaraq şagirdlərə V.A. Motsartın göstərildi və onun kim olduğu soruşuldu. Daha sonra bestəkarın “Türk marşı” əsəri səsləndirildi və müəllifi soruşuldu, Motsart cavabı aldıqdan sonra şagirdlərə “ Musiqinin insana təsiri nədən ibarətdir?” Sualı verildi.Cavablar yekunlaşdıqdan sonra mətnin oxusuna keçildi. Mətnin daha yaxşı qavranılması üçün suallar verildi, tanış olmayan sözlərin mənası müəyyən edildi.
Mətnin nə dərəcədə mənimsənilməsini ypxlamaq üçün sinkveyn üsulundan istifadə edildi. Daha sonra şagirdlərə L.Bethovenin "Ay işı”ı" sonatasından bir hissə səsləndirildi və şagirdlərə musiqinin onlarda hansı hisləri yaratdığı soruşuldu. MMV -də olan Ay işığı dinləmə mətni oxundu. Şagirdlərin cavabları dinlənildi. Şagirdlər 1. Mətndən müvafiq məqamları seçir. 2. Mətni ümumiləşdirməklə əsas fikri müəyyən edir. Meyarları üzrə qiymətləndirildilər