“Mənim gündəliyim “ adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi başlandı
14.02.2022 – ci il tarixində məktəbin direktoru Nisə Fərəcovanın , kitabxana müdiri Aytən Məmmədovanın və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Kəminə Zalovanın , Rahilə Novruzlunun və Əntiqə Əliyevanın iştirakı ilə yığıncaq keçirildi. Təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi ,oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması , istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsnamənin 15.6 – cı bəndindən irəli gələn tələbləri həyata keçirmək məqsədilə iş bölgüsü aparıldı.
Məktəb mərhələsinin 14 fevral - 31 may 2022 – ci il tarixində keçirilməsini nəzərə alaraq tövsiyə olundu ki, şagirdlərə məktəb kitabxanasından istifadə etməklə 31 may 2022 – ci il tarixədək oxuduğu əsər barədə qeydlərini (əsərin adı və müəllifi , oxuma tarixi əsər barədə rəyi, apardığı təhlili , əsərdən çıxardığı nəticəni , arzu , fikir və ideyalarını ) gündəlikdə yazmaq təklif olunsun.
Müsabiqədə məqsəd şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi , oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi , Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılmasıdır.