Bilik yarışı keçirildi

10.02.2022 tarixində Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin 5-ci sinifləri arasında bilik yarışı keçirildi. Yarışın məqsədi təlimə marağı artırmaq, şagirdlər arasında sağlam rəqabəti gücləndirmək, birgə işləmək bacarıqlarını formalaşdırmaq idi. Yarışda 5 “A” sinfi “Cəsarət” , 5”B” sinfi “Hünər” , 5”C” sinfi “Mübariz” adlı komandalarla iştirak edirdilər. Hər komandada 6 şagird yarışırdı. Yarış hərəsində 3 sual olmaqda 3 raund şəklində təşkil olunmuşdu. I raundda oxuyub, anlama ilə bağlı kiçik mətn təqdim olumuşdu. II raundda dil qaydaları ilə bağlı suallar yer alırdı. III raundda şeir parçası üzərində tapşırıqlar təqdim olundu. 
Münsiflər heyəti tərkibində Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə rəhbəri Kəminə Zalova, direktor müavini Səfa Orucəliyev, Uşaq Birliyi Rəhbəri Mədinə İsgəndərova iştirak edirdilər. 
Yarışın qalibi 90 balla “Cəsarət” komandası (5”A” sinfi) oldu.
Sonda Səfa Orucəliyev yarışın gedişini təhlil edərək bildirdi ki, komandalar arasında ciddi bal fərqinin olmaması sevindirici haldır. Səfa Orucəliyevin çıxışı ilə yarış sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi