Aylıq çərçivəsində divar qəzetləri tərtib edilir
07.02.2022 tarixində 7”C” sinfində Azərbaycan ədiblərinin həyat və fəaliyyətini əhatə edən divar qəzetləri hazırlandı. Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Novruzlunun rəhbərlik etdiyi işin əsas məqsədi şagirdlərdə Azərbaycan şair və yazıçıların yaradıcılığına maraq oyatmaq, onlarda birgə işləmək bacarıqlarını təkmilləşdirmək, ədəbiyyat haqqında biliklərini dərinləşdirmək idi.
Şagirdlər əl işlərini Məhəmməd Füzuli, Səməd Vurğun, Bəxtiyar Vahabzadəyə həsr etdilər. Divar qəzetlərində ədiblərin şəkilləri, şeirləri təsvir olunurdu. Azərbaycan dili və ədəbiyyat aylığı olduğunu nəzərə alaraq şagirdlər Bəxtiyar Vahabzadənin “Ana dili” şeirinə yer verdilər. Bundan başqa Məhəmməd Füzulinin “Söz” qəzəli, Səməd Vurğunun “Ceyran” şeiri də divar qəzetində əksini tapdı.
Şagirdlərdən H.Kürsüm, H.Məhəmməd, N.Maisə xüsusi fərqləndilər.