“Sevimli əsərim” adlı    əsərlərin bədii müzakirəsi 

     Məktəbin fəaliyyət planına uyğun olaraq “Sevimli əsərim” adlı    əsərlərin bədii müzakirəsi  məktəbin kitabxana müdiri Aytən Məmmədova tərəfindən təşkil olundu.

Məktəbin direktoru Nisə Fərəcova ,ədəbiyyat müəllimləri Kəminə Zalova, Rahilə Novruzlu,UBR  Mədinə İsgəndərova iştirak etdilər.

5-8-ci sinif şagirdlərinin dəvət olunduğu  müzakirədə şagirdlər oxuduqları əsərin mövzusu  ideyası  haqqında məlumat verdilər. Əsərin mütaliəsindən sonra onlarda yaranan təssərüatı bölüşdülər.

Ədəbiyyat müəllimlərinin yönləndirici sualları vasitəsilə şagirdlər oxuduqları əsərlərdəki obrazların hərəkət və davranışları ilə bağlı fikirlərini izah etdilər.

Sonda məktəb direktoru Nisə Fərəcova mütaliənin insan həyatında önəmli rolunu aktiv oxucu olaraq yeni nəşr olunan əsərləri izləməyin faydasını vurğuladı.

Daha sonra məktəb kitabxana müdiri tərəfindən müsabiqə  təklif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi