Ana dili və ədəbiyyat aylığı çərçivəsində tədbirlərimiz davam edir

Ana dili və ədəbiyyat aylığı çərçivəsində  “Poeziyanın elmə,  elmin poeziyaya keçidi” adlı  yeni  məktəbdaxili layihəyə  start verildi. Layihənin məqsədi  müxtəlif fənn müəllimləri arasında elmi əməkdaşlığın genişləndirilməsi,  təcrübə mübadiləsinin aparılması, şagirdlərin elmə marağının  artırılması, texniki, təbiət və humanitar elmlər arasında əlaqələrin gücləndirilməsidir. Layihəyə deviz olaraq seçilən Eynşteynə məxsus “Elmi təfəkkürdə həmişə poeziya elementi olur” fikrini əldə əsas tutaraq müxtəlif fənn birləşmələri arasında  iş bölgüsü aparıldı. Riyaziyyat fənn birləşməsinə  “Poeziyanın riyazi ifadəsi”,  fizika fənn birləşməsinə  “Fizika və lirika”, kimya – biologiya  fənn birləşməsinə “Təbiətin poetikası”  adlı təqdimatlar hazırlamaq təklif olundu. Qeyd olundu ki,  bilavasitə müəllimlərin iştirakı ilə hazırlanacaq təqdimatların nümayişi  fevral ayının ikinci yarısına planlaşdırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi