“Qəhrəmanlarımızı unutmuruq – Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev “  adlı  təşkilat saatı keçirildi

Məktəbimizdə şagirdlərin milli ruhda böyüməsi , vətənə məhəbbət , dəyərlərə sədaqət hissinin formalaşması  həm tədris prosesində , həm də dərsdən kənar fəaliyyətdə  əsas xətt kimi davam etdirilir. Dəyərlərsiz təhsilin  səmərəsiz olduğunu dərk edən pedaqoji heyət müxtəlif layihələr həyata keçirməklə  təlim - tərbiyə prosesinin keyfiyyətini yüksəltməyə çalışır.  Bu məqsədlə  məktəbdəki bütün siniflər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş ayrı – ayrı  şəhidlərin adını daşıyır. Həm sinif rəhbərlərinin , həm də fənn müəllimlərinin bilavasitə nəzarəti və təşkilatçılığı ilə şagirdlər həmin şəhidlərin ömür yolları , döyüş fəaliyyəti və yüksək insani keyifiyyətləri ilə yaxından tanış olurlar.

   01.02.2022 – ci il tarixdə məktəbin müəllimi Kəminə Zalovanın ədəbiyyat fənnini tədris etdiyi Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan 5 “B” sinfində sinif rəhbəri Məsimova Pərvanənin iştirakı ilə “Qəhrəmanlarımızı unutmuruq – Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev “  adlı  təşkilat saatı keçirildi.

Dərs saatı ərzində müəllimlər şagirdlərə Əlif Hacıyev kimi  vətənpərvər şəxsiyyətlərdən nümunə götürməyin vacibliyini vurğuladılar. Daha sonra Əlif Hacıyevin həyatına və döyüş yoluna həsr edilən film nümayiş etdirildi.

   Təşkilat saatında həm də Əntiqə Əliyeva müəllimənin Azərbaycan dili fənnini tədris etdiyi 6 “A” sinfindən tədris proqramına daxil  edilmiş “Əlif Hacıyev” mövzusu ilə bağlı  təqdimatlar hazırlayan bir neçə şagird sinfə dəvət edildi və onların təqdimatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi