“Məktəbli kitabçası” nın yazılmasına nəzarət
Məktəbin fəaliyyət planınına uyğun olaraq II-XI siniflərdə, “Məktəbli kitabçasına” baxış keçirildi. Məqsəd sinif rəhbərləri, müəllim, şagird və valideynlərin təhsilə münasibətini müəyyənləşdirmək, məktəb-valideyn əlaqələrini gücləndirmək, yazılması və aparılması vəziyyətini müəyyən etməkdir. “Təhsil alanlar” komissiyası, UBR Mədinə İsgəndərova, kitabxana müdiri Aytən Məmmədova siniflərdə “Məktəbli kitabçası” nın yazılmasına, müəllim və valideynlərin, sinif rəhbərlərinin qeydlərinə xüsusi fikir verdilər. Çatışmazlıqlar qeyd olundu, sinif rəhbərlərinə çatdırıldı. “Məktəbli kitabçası” nı ən yaxşı yazan siniflər müəyyən olundu.