Xarici dil aylığı çərçivəsində bilik yarışı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq xarici dil aylığı ilə bağlı tədbirlər davam etdirilir. Bu məqsədlə 9 “A” sinif şagirdləri arasında “Bilik yarışı” kecirildi. Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Yarış üç mərhələdə təşkil olunmuşdu. Yarışda şagirdlər fəallıq göstərərək verilmiş suallara tam və dolğun cavablar verirdilər. Sonda şagirdlər bu yarışmanı təşkil etdiklərinə görə Sevinc Bədəlova və Sevinc Məmmədovaya öz təşəkkürünü bildirdilər.