"Düşünən oxucu" müsabiqəsi keçirildi

Məktəbimizdə Azərbaycan Respublikası Təhsil nazirinin 29.12.2021 -ci il tarixli F-597 nömrəli əmrinə əsasən təhsilalanların mütaliə və mustəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə 19.01.2022-ci il tarixində  "Düşünən oxucu" müsabiqəsi keçirildi.

Müsabiqəyə hazırlıq məqsədilə məktəb rəhbərliyi və Azərbaycan dili ədəbiyyat fənn birləşməsinin üzvləri tərəfindən məktəbdə mütaliəyə xüsusi marağı olan, məktəb kitabaxanasından məhsuldar şəkildə istifadə edən şagirdlər arasında maarifləndirici söhbətlər təşkil edildi.

Müsabiqənin şərtləri izah olundu və oxu ədəbiyyatının siyahısında göstərilmiş 35 nümunə təqdim edildi.

Ədəbiyyat müəllimləri tərəfindən təşkil edilən ayrı-ayrı  bədii diskussiyalarda Qaçaq Nəbi dastanı ilə bağlı 8 “A” sinif şagirdi Aişə Mirzəzadənin , 9"A" sinif şagirdləri Səbinə Quliyevanın Məlalə Yusifzeyin "Əlində kitab olan qız" Mustafa Abbasovun "Koroglu dastanı" əsəri ilə bağlı videotəqdimatları  qənaətbəxş hesab edərək təqdim  olunan ünvana göndərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi