Pedaqoji şuranın növbəti iclası keçirildi

   Məktəbimizdə Pedaqoji Şuranın iclası keçirildi. İclası məktəbin direktoru Nisə Fərəcova açaraq pedaqoji kollektivi salamlayıb, iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi.

    İclasda 2021-2022-ci dərs ili  çərçivəsində fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı müəllimləri məlumatlandırıldı. Görülən işlərin, məktəb üzrə keçirilən bilik yarışmalarının, IX siniflərdə təlimdə geri qalan şagirdlərlə xüsusi proqram əsasında işin təşkilinin, rayon fənn olimpiadalarının nəticələri barədə, fənn birləşmə rəhbərinin fəaliyyətinin təhlili, məktəbdənkənar və sinifdənxaric işin təşkili, məktəbdə psixoloji işin vəziyyəti geniş müzakirələr təşkil olundu və bir sıra məsələlər haqqında qərar qəbul olundu. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova dərs ili ərzində görüləcək işlər barədə pedaqoji kollektivi məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi