"XEYİRXAH GÖBƏLƏK" hekayəsi səhnələşdirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 1 "A" sinfində "Xeyirxah göbələk " hekayəsi şagirdlər tərəfindən səhnələşdirildi. Şagirdlərdən Ə.Nicat, A.Hüseyn, N.Fatimə, B.Ümid, K.Aylin hekayədəki Göbələk, Qarışqa,Kəpənək, Sərçə və Dovşan obrazlarının xarakterindən çıxış edərək müzakirə etdilər. Sinif rəhbəri Sevinc Məmmədova şagirdlərə hekayə ilə bağlı istiqamət verdi. Şagirdlərə daim mütaliə etməyin , kitab oxumağın faydalarından bəhs etdi.