"İngilis və Fransız dillərində mütaliə" adlı tədbir keçirildi
Xarici dil aylığı ilə əlaqədar olaraq məktəbin xarici dil müəllimləri Kəmalə Şamilova, Gülnarə Ağayeva, Günel Ömərova və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə "İngilis və Fransız dillərində mütaliə"adlı tədbir keçirildi. Tədbir 1 “B” sinfinin şagirdlərinin " Mən xoşbəxtəm" və" Sənin adın nədir?" ingilis dilində şən nəğmənin ifası ilə başladı. 8 “B” sinfinin şagirləri fransız dilində və 6 “A” sinfinin şagirdləri idə ingilis dilində müxtəlif nağıl, hekayə kitabları və jurnallardan hissələr oxudular. Tədbirin məqsədi 1. Dinləyib- anlama və 3.Oxu məzmun standartları əsasında şagirdlərin mütaliəsinin mənimsəmə bacarıqlarını düzgün tələffüzlə inkişaf etdirməkdir.