"Xarici dil aylığı " çərçivəsində tədbirlərimiz davam edir

Məktəbin Fəaliyyət planına uyğun olaraq təhsilin keyfiyyətini yaxşılaşdırmaq və şagirdə xarici dil bacarığını inkişaf etdirmək məqsədilə  " xarici dil aylığı " çərçivəsində tədbirlərimiz davam edir. Məktəbin Xarici dil müəllimləri Sevinc Bədəlova  ve Nərminə Cabbarovanın təşkilatçılığı ilə 5 “A” sinfində "Bilik yarışı" kecirildi . Yarım qruplar arası təskil olunan yarışda əsas məqsəd şagirdə  Xarici dildə ünsiyyət bacarığını inkişaf etdirmək, dünya görünüşü artırmaq və məntiqi təfəkkürün formalaşmasına şərait yaratmaqdır . Yarış 3 raund üzrə təşkil edilmişdi, sualın səviyyəsi asan , orta ve çətinlik dərəcələri müəyyənləşdirilmişdir. 4 komanda - "The Moon, The Star ,The Earth ,The sky " davam edən bilik yarışının 1-ci mərhələsində "The Moon" ve "The Star" komandaları fərqləndi. Finalda isə "The Moon" komandası qalib gəldi  Şagirdin vətənpərvbərlik ruhunda tərbiyə  olunması məqsədilə suallara Azərbaycanın 44 günlük 2-ci Qarabağ müharibəsi ilə bağlı əlavələr edilmişdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi