İnkişafetdirici monitorinq
Xarici dil aylığı ilə əlaqədar olaraq 9 “B” sinfində ingilis dilindən Kəmalə Şamilovanın rəhbərliyi ilə monitorinq keçirildi. Monitorinqdə məktəbin direktoru Nisə Fərəcova və məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova iştirak etdi. Monitorinqin məqsədi şagirdlərin qrammatik, oxu və dinləmə bacarıqları səviyyəsini müəyyənləşdirmək və hansı bacarığın zəif olduğunu öyrənməkdir.