“Siqaretə yox deyək” adlı tədbir keçirildi

     8”A” və 8”B” siniflərində “Siqarətə yox deyək” adlı tədbir keçirildi. Tədbirin məqsədi yeniyetmə yaşda olan şagirdlərə siqaretin ən zərərli vərdişlərdən olduğunu izah etmək, siqaretin sadəcə çəkən insana deyil, ətrafdakılara da xeyli ziyan vurduğunu çatdırmaq və şagirdləri bu cür ziyanlı vərdişlərə qarşı məlumatlandırmaq idi. Tədbirin açılışını edən Uşaq Birliyi Rəhbəri Mədinə İsgəndərova sağlamlığın əvəzsiz nemət olduğunu vurğuladı. Daha sonra siqaretin insan sağlamlığına, ətrafdakılara necə təsir etdiyi barədə məlumat verdi. Bu mövzu ətrafında şagirdlər arasında diskussiya təşkil olundu. Şagirdlər mövzu haqqında hazırladıqları slaydları nümayiş etdirdilər. 8”A” sinif şagirdləri Kənan, Günay, Anar təqdimatları ilə mövzu haqqında fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi