“Riyaziyyat hər yerdə” adlı bilik yarışı keçirildi

Məktəbin fəaliyyət planına əsasən riyaziyyat aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi İsmayılova Günel 8-ci siniflər arasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş bilik yarışı keçirtdi. Yarışın məqsədi şagirdlər arasında sağlam rəqabət yaratmaq, onlarda komanda ilə işləmək bacarığı formalaşdırmaq, məntiqi düşüncə bacarığını təkmilləşdirmək idi.

Bilik yarışında şagirdlər 4 komanda tərkibində iştirak etdilər. Komandalara riyazi biliklər və dünyagörüşünə aid suallar təqdim edildi. Yarışda “Təməl” komandası 1-ci, “Zəka” komandası 2-ci, “Zəfər” komandası 3-cü yeri tutudular. Qalib komandalar  diplomla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi