"Açıq dərs" keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 2"A" sinfində nümunəvi dərs keçirildi. Dərs zamanı fənn müəllimi Rəna Abdullayeva 4.1.5 və 3.1.4 standartlarını reallaşdırdı.
Məqsəd şagirdlərin ad bildirən sözlərin tək və cəmdə olduğunu müəyyənləşdirməsi, cəm şəkilçisini əlavə edərkən ahəng qanununa uyğunluğunu tapmaqdır.
Dərsdə fənn birləşmə sədri Leyla Orucəliyeva, ibtidai sinif müəllimləri Sevinc Məmmədova, Səbinə Əmiraslanova, Könül Aslanova iştirak etdi.