Dünya Azərbaycanlılarının Həmrəylik günü

31 dekabr Azərbaycan millətinin ümumi dünya birlik günüdür.Bu bayram ayrı ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq onlar arasında birlik və həmrəylik  yaratmaq işində mühüm rol oynayır.Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilməsi  bütün dünya Azərbaycanlıları tərəfindən zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Bu məqsədlə məktəbin fəalliyət planına uyğun olaraq VI A sinifində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirildi .Məktəbin kitabxana müdiri Aytən Məmmədova və tarix müəllimləri Afət Xudai, Aşiq Mehdiyev şagirdlərə Dünya Azərbaycan Həmrəyliy günü haqqında məlumat verdilər və qeyd etdilər ki, Dünya Azərbaycanlılarının Həmrəyliy günü əsası  1989 cu ilin axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimalı və Cənub Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı .Bu vaxt İstanbulda türk dilli xalqların konfransı keçirildi. Konfransda Dünya Azərbaycan Həmrəyliy günü qeyd olunması qərar verildi. 1991 ci ilin 16 Dekabrda Naxçıvan MR Ali Məclisini sədri H.Əliyev  Dünya Azərbaycanılılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. 31 dekabr beləliklə hər il qürurla bayram edilir və bu günlə fəxr edirik.

Şagirdlərdən H.Fidan,B.Mətanət,Ə.Həsən,Ə.Hüseyn,N.Sevda,M.Dəniz, B.Cavid,Q,Günay,Ş.Zəhra Həmrəyliy Günü haqqında topladıqları məlumatları danışdılar və şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi