"Təbiət hadisələri" mövzusunda layihə işləri
Məktəbin fəaliyyət planına uyğun olaraq 3 “A” sinfi həyat bilgisi fənnindən layihə işlərini təqdim etdi. Layihənin mövzusu "Təbiət hadisələri" idi. Sinif rəhbəri Leyla Orucəliyeva şagirdlərə mövzu haqqında əlavə məlumatlar araşdırıb toplamaq tapşırmışdır. Şagirdlər də müxtəlif mənbələrdən araşdırma aparmışdılar. Şagirdlər layihə haqqında araşdırdıqları məlumatları təqdim etdilər.
Məqsəd şagirdlərin hər fəsildə baş verən təbiət hadisələri haqqında sərbəst olaraq məlumat toplamaqları, fəsillərin, gecə və gündüzün necə yaranmasını öyrənmək idi.