"Quşların yaşamasına kömək edək" adlı layihə işi aparıldı

Məktəbin fəaliyyət planına uyğun olaraq 1 “B” sinfində Həyat bilgisi dərsində "Quşların yaşamasına kömək edək" adlı layihə işi aparıldı. Sinif rəhbəri Mərziyyə Əliyeva şagirdlərlə mövzu ilə bağlı söhbət apardı,slaydlar ,video materiallar nümayiş etdirdi. Layihənin məqsədi kiçik yaşlı məktəblilərdə canlı təbiətin önəmi haqqında fikir yaratmaq, təbiətin qayğısına qalmaqla, əslində bütün canlıların həyatını xilas etdiyimizi onlara başa salmaq, canlılar olmasa, həyatın da var olmayacağını onlara anlatmaq idi.Eyni zamanda quşların qayğısına qalmaq yolları haqqında da məlumat verildi. Şagirdlər quşlar üçün hazırladıqları dənlikləri, evləri məktəbin həyətindəki ağaclardan asdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi