“Mütaliə idrak vasitəsidir” adlı tədbir keçirildi
Şagirdlərin özünü dərk etməsini həyata baxışlarını,zövqlərini formalaşdırılmasını onu və hər tərəfli inkişafı kiçik yaşlardan başlayır. Böyüməkdə olan nəslin inkişafı təlim tərbiyəsində kitabın,mütaliənin rolu əvəz olunmazdır.
Şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə kitabxana müdiri Aytən Məmmədova və 4 “A” sinif rəhbəri Nərmin Hümbətovanın təşəbbüsü ilə 4 “A” sinif şagirdləri ilə “Mütaliə idrak vasitəsidir” adlı tədbir keçirildi.
Şagirdlər dünya uşaq ədəbiyyatından olan N.Nosovun, A.Qrin, Donald Bisset, Aleksandr Düma, Alan Miln, Reyhan Yusifqızının hekayə və nağıllarını mütaliə etdilər və eyni zamanda Nizami Gəncəvinin Bəhram şah və Fitnə” hekayəsindən Bəhram şah , Fitnə və sərkərdə obrazlarını canlandırdılar.
Şagirdlərlə mütaliə etdikləri nağıl və hekayələr müzakirə olundu .Mütaliə edən şagirdlərdən Q.Hüseyn,A.Murad, F.Mirabbas,M.Hikmət,İ.Zəhra, Ə.Fərid,R.Aysel,T.Əlirza seçildilər.