"Əsas triqonometrik eyniliklər" mövzusunda nümunəvi dərs keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq dekabr ayı riyaziyyat ayıdır. Aylıq çərçivəsində məktəbin riyaziyyat müəllimi Ramilə  Nəbiyeva 10 "A” sinfində "Əsas triqonometrik eyniliklər" mövzusunda nümunəvi dərs keçirildi. Məqsəd şagirdlərdə triqonmetrik eynilikləri çalışma həllinə tətbiq bacarığını formalaşdırmaq, triqonometrik eyniliklərin cəbri və həndəsi təsvirini təqdimetmə bacarığı yaratmaqdan ibarət idi.

Dərsdə məktəbin riyaziyyat müəllimləri Şahpəri Vəliyeva, Aynur Əkbərova, təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova və məktəbin direktoru Nisə Fərəcova iştirak etdilər. Sonda dərs müzakirə edildi, rəhbərlik müəllimə müəyyən tövsiyyələrini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi