Yusif Məmmədəliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq  7 “B” sinfində kimya müəllimi Aytən Məmmədli tərəfindən kimyaçı alim Yusif Məmmədəliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirildi.

Dəyirmi masada ll Dünya müharibəsi zamanı Yusif Məmmədəliyevin icad etdiyi yüksək keyfiyyətli yanacaq sayəsində faşistlərlə gedən döyüşlərdə sovet qırıcı təyyarələrinin havada üstünlüyü ələ keçirməsindən, daha sonra icad etdiyi raket yanacağının köməyilə Sovet kosmik raketlərinin atmosferi yarıb orbitə çıxmasından və elmə verdiyi digər töhfələrdən danışıldı. Tədbirdə şagirdlər mövzuya dair slaydlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi