Şagirdlər ilə sosial-psixoloji söhbət aparıldı
Məktəbin fəaliyyət planının müxtəlif bəndlərindən irəli gələn tədbirləri həyata keçirmək məqsədilə müxtəlif görüşlər keçirilir və müxtəlif mövzularda söhbətlər təşkil olunur. Bu gün UBR Mədinə İskəndərovanın təşkilatçılığı ilə 10-11-ci sinif şagirdlərində təhsil alan oğlan şagirdləri ilə sosial-psixoloji söhbət aparıldı. Məqsəd məktəbdə təhsil alan oğlanların yaş səviyyəsini nəzərə alaraq onlara bir sıra tövsiyyələr vermək, milli əxlaqımızın, mental dəyərlərimizin şagirdlərə düzgün aşılanmasıdır. Mədinə İskəndərova çıxış edərək qeyd etdi ki, Azərbaycan kişisinin xarakteri, davranışı, qədim Oğuz igidlərinin daxili mənəvi aləmindən bəhrələnir. Bütün türk xalqlarında olduğu kimi azərbaycanlı ailəsində də vətənə bağlılıq, böyüklərə hörmət, kiçiklərə qayğı, ana bacının timsalında bütün ev qızlarının ismətini qorumaq lap erkən yaşlarından oğul övladlarımıza təlqin olunur. GÇH rəhbəri Təbriz Əliyev gələcəyin əsgəri olan hər bir oğlan məktəblinin məsuliyyətini dərk etməsinin vacibliyindən danışdı. Onu qeyd etdi ki, oğlanlara nizam-intizamlı olmağa, davranış qaydalarına əməl etməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Yuxarı sinifdə təhsil alan nümunəvi şagirdlər əxlaqi-tərbiyəvi söhbətlərinin önəmli olduğunu vurğuladılar.