Şagirdlər “Atəşgah məbədi” Dövlət Tarixi  Memarlıq Qoruğunu ziyarət etdilər

 

Məktəbin fəaliyyət planına uyğun olaraq 4 “B” sinif rəhbəri Fatma Qəfərovanın rəhbərliyi ilə şagirdlər “Atəşgah məbədi” Dövlət Tarixi  Memarlıq Qoruğunu ziyarət etdilər. Məqsəd şagirdləri “Atəşgah məbədi” haqqında maarifləndirməkdən ibarət idi. Atəşgahın bələdcisi şagirdlərə bura barədə məlumat verərək qeyd etdi ki, Atəşgah  Azərbaycan ərazisindəki Abşeron yarımadasında, Bakı şəhərindən  30 km aralıda, Suraxanı rayonundakı Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər  tərəfindən ibadətgah kimi istifadə edilmiş alov  məbədidir. XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz  alovların  yerində inşa edilmiş  məbədin adı "Alov evi" və ya "Alov yeri" anlamı verir. Şagirdlər bu səyahətdən çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi