Heydər Əliyevin anım günü ilə bağlı olaraq dəyirmi masa keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 7 “C” sinifi ilə Heydər Əliyevin anım günü ilə bağlı olaraq dəyirmi masa keçirildi.
Məqsəd Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın memarı olması haqqında şagirdləri maarifləndirməkdir.
Dəyirmi masada məktəbin tarix müəllimi Xudai Afət, kitabxana müdiri Aytən Məmmədova,UBR Mədinə İskəndərova şagirdlərə Ulu Öndərin həyatı, onun Azərbaycan dövlətinə qoyduğu sonsuz ərmağanı haqqında məlumat verdilər. Sonra şagirdlər Heydər Əliyevin həyatı və onun Azərbaycan xalqı üçün etdiyi fədakarlıqları haqqında danışdılar və şeirlər söylədilər. Sonda şagirdlərə Ulu Öndərin həyatı haqqında film nümayiş olundu.