Birincilərin kitabxana ilə ilk tanışlığı təşkil olundu

 

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbimizin 1"B" sinfinin şagirdləri  sinif rəhbəri Mərziyyə Əliyeva  ilə məktəb kitabxanasında oldular.

Məqsəd şagirdlərə kiçik yaşlarından kitaba sevgi yaratmaq təhsilə onların maarifləndirilməsinə mənəvi dəyərlərə xüsusilə də mütaliəyə maraq aşılamaqdır.

Məktəb kitabxanaçısı  Aytən Məmmədova birinciləri kitabxana  fondu ilə tanış etdi. Sinif rəhbəri Mərziyyə Əliyeva şagirdləri oxu zalında maraqlı nağıl kitabları haqqında məlumat verdi və kitab oxumağın faydaları  haqqinda  danışdı. Kitabxanada olan Qarabağ Azərbaycandı kitabı ilə tanış etdi və Qarabağ Azərbaycandı haqqında məlumat verdi.

Sonda şagirdlərə kitab xana müdiri Aytən Məmmədova  maraqlı nağıllar oxudu və şagirdlər öyrəndikləri şeirləri söylədilər. Ədəbiyyat müəllimi Kəminə Zalova  əlifbanın hərflərini öyrənən birinciləri təbrik etdi sirli kitab aləminin möcüzələrindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi