“İnsan alveri ilə mübarizə” mövzusunda seminar keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 9 “A” sinifində “İnsan alveri ilə mübarizə” mövzusunda seminar keçirildi. Məqsəd insan alverinin qurbanı olma riskinin azadılması və bu mövzuda şagirdləri maarifləndirməkdir. Məktəbin UBR Mədinə İskəndərova çıxış edərək bildirir ki, insan alveri - yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq aldatma yolu ilə təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla şəxsin istismar edilməsi məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi daşınması, verilməsi və ya qəbul edilməsidir. Sonda şagirdlərin hazırladığı slayd nümayiş olundu və suallar cavablandırıldı.