Heydər Əliyevin anım gününə həsr olunmuş sənədli film şagirdlərə nümayiş olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq Ulu Öndər Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş sənədli film şagirdlərə nümayiş olundu. Məqsəd Ulu Öndərin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verməkdir. Tədbirin açılışını edən Azərbaycan dili müəllimi Kəminə Zalova çıxış edərək bildirdi ki, Heydər Əliyev qırx ilə yaxın bir dövrdə Azərbaycana rəhbərlik etmiş, xalqın ən böyük təəssübkeşi, böyüklüyü, ucalığı sülhsevrəliyi ilə tanınan qəlbi xalqı ilə döyünən bir lider olmuşdur. Xalqımız Heydər Əliyevlə ona görə qürur duyur ki,  o bütün elmini bacarığını istedadını dövlətçiliyimizin möhkəmlənməsinə insanların yaxşı yaşamasına həsr etmişdir. Sonda məktəbin UBR Mədinə İskəndərova  Heydər Əliyevin sözün əsl mənasında müstəqil Azərbaycan dövlətinin inkişafına bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdığını qeyd etdi. Ulu Öndərin ölkəmizin demokrativ inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtidadi-mədəni inkişaf xəttinin təlimini qoydu. Bu gün bizim üçün kədərli olsa da, bizə təskinlik verən odur ki, Heydər Əliyevin ideaları yaşayır, onun fəlsəfi, siyasəti yaşayır. Onun qurduğu yaratdığı Azərbaycan güclənir yaşayır və bundan sonra yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi