Mədəniyyət Mərkəzi-Şuşa

Məktəbin illik fəaliyyət planına uyğun olaraq dekabr ayı “Riyaziyyat və informatika aylığı” elan olunmuşdur. Aylıq çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

İnformatika müəllimi Aynur Əkbərovanın rəhbərliyi ilə 8”A” sinfinin şagirdlərinin  ”Mədəniyyət Mərkəzi-Şuşa” adlı  mövzusunda təqdimatı izlənildi.

Təqdimatlarda Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə olunurdu. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillərdən ibarət ayrıca slaydlar əlavə olunmuşdur.

Şuşanın müxtəlif tarixi mərhələlərini, işğaldan əvvəl, işğal vaxtı, azad edilməsindən sonrakı dövrlərini əks etdirən çoxsaylı slaydlar multimedia qurğuları vasitəsilə təqdim olundu.

Məqsəd Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsini artırmaq, multimedia        qurğularının iş prinsiplərini izah etməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi