Erkən nigaha yox deyək
Məktəbin fəaliyyət planına uyğun olaraq 9"A" sinifində "Erkən nigaha yox deyək" mövzusunda maarifləndirici dəyirmi masa keçirildi.
Tədbirin əsas məqsədi erkən nigahın fəsadları haqqında şagirdləri məlumatlandırmaq bu sahədə dövlətin hazırladığı apardığı siyasət və tədbirlərlə şagirdləri tanış etmək idi. Açılışı edən UBR rəhbəri Mədinə İskəndərova erkən nigahın Azərbaycanda geniş yayıldığı bölgələr haqqında məlumat verdi. O həmçinin əlavə etdi ki, erkən nigah tərəflərin orqanizminə də ciddi ziyan vurur. Mədinə İskəndərova erkən nigahla qurulan ailələrin tez dağıldığını boşanmalara səbəb olduğunu vurğuladı. Bu cür ailələrdə dünyaya gələn övladlar düzgün təlim-tərbiyədən məhrum olur. Belə hallar da cəmiyyəti uçuruma aparır. 9"A" sinif şagirdi Quliyeva Səbinə erkən nigaha həsr olunmuş slayd nümayiş etdirdi.