Yol hərəkəti qaydaları
Məktəbin fəaliyyət planına əsasən 1”B” sinfində “Yol hərəkəti qaydaları” mövzusunda təşkilat saatı keçirildi. Məqsəd şagirdlərə yol hərəkəti qaydalarını öyrətmək, onlarda bu qaydalara əməl olunması haqqında məlumat verməkdir.
Tədbirdə şagirdlər yol hərəkət nişanları haqqında məlumatlandırıldılar. Uşaq birliyi rəhbəri Mədinə “Yol hərəkəti nişanları” haqqında sual-cavab apardı. Şagirdlər işıqfor haqqında şeirlər söylədilər, videoçarxlara baxaraq qaydalara necə əməl etməyin yollarını öyrəndilər.