1 Dekabr Ümumdünya QİÇS günüdür
Məktəbin illik fəaliyyətinə uyğun olaraq 11-ci sinif şagirdləri üçün maarifləndirici tədbir keçirildi.
Məlumdur ki, 11-ci sinif şagirdləri sabahın gəncləridir, müstəqil həyata qədəm qoyurlar.
Məktəbimizin biologiya müəllimi Fərqanə Əkbərova şagirdlərə QİÇS-dən qorunma yolları haqqında ətraflı məlumat verdi.
QİÇS xəstəliyinin insanlara yoluxma yolları, bu xəstəliyin orqanizmə vurduğu ziyanı, xəstəliyə yoluxmamaq üçün görülən profilaktik tədbirlər, Azərbaycan Respublikasında QİÇS-li xəstələrin hüquqları və s. məsələlərlə şagirdlər maarifləndirildi. QİÇS xəstəliyi müxtəlif yollarla yoluxur. Bu yoluxmanın baş verməməsi üçün qorunmağın yolları şagirdlərə izah olundu.
Sonda Şagirdlərin sualları dinlənilərək cavablandırıldı.
Tədbirdə məktəbimizin Tibb bacısı Sevda Məmmədova, UBR Mədinə İskəndərova, kimya fənn müəllimi Aytən Məmmədli iştirak etdi.