"Məktəbli kitabçası" na baxış keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq II-XI siniflərdə, "Məktəbli kitabçası"na baxış keçirildi. Məqsəd sinif rəhbərləri, müəllim, şagird və valideynlərin təhsilə münasibətini müəyyənləşdirmək, məktəb - valdeyin əlaqələrini gücləndirmək, yazılması və aparılması vəziyyətini müəyyən etməkdir." Təhsil alanlar" komissiyası, UBR İskəndərova Mədinə," Məktəbli kitabçası" nın yazılmasına , müəllim və valideynlərin, sinif rəhbərlərinin qeydlərinə xüsusi fikir verdilər. Çatışmazlıqlar qeyd olundu, sinif rəhbərlərinə çatdırıldı. "Məktəbin kitabcasi" nı ən yaxşı yazan siniflər müəyyən olundu.