Tətil günlərini səmərəli keçirdirik
Məktəbin fəaliyyət planının 1.1.3.12. bəndinə uyğun olaraq 1"A"sinif şagirdləri Sevinc Məmmədovanın rəhbərliyi ilə payız tətilini maraqlı keçirmək məqsədilə Bakı Uşaq və Gənclər Teatrına getdilər. Məqsəd uşaqların nağıl dünyası ilə daha yaxın təmasda olması, onlarda nitq mədəniyyətini formalaşdırmaqdır. Müxtəlif maraqlı qiyafələrdə səhnəyə çıxan aktyor və aktrisaların çıxışları məktəblilərin böyük marağına səbəb oldu.