Multikultiralizm söz də və əməldə
Məktəbin fəaliyyət planına uyğun olaraq 7"B" sinifində " Multikultralizm sözdə və əməldə" mövzusunda adlı dəyirmi masa keçirildi.
Məqsəd şagirdlərin bu mövzuda maarifləndirmək, ölkəmizdə multikultralizm ənənələrini qorunub saxlanılması, daha da inkişaf etdirilməsi, geniş təbliğ olunmasıdır. Tədbiri məktəbin direktoru əvəzi Səfa Orucəliyev açaraq mövzu ətrafında geniş məlumat verdi. UBR-rəhbəri Mədinə İskəndərova çıxış edərək bildirdi ki, Azərbaycanı multikultralizm mərkəzi kimi dünyaya tanıtmaq, yer üzərində mübarizələrə etiraz etmək, gənclərdə müxtəlif millətlərə, dinlərə hörmət və dözümlülük hissi aşılamaq, onların azad və xoşbəxt yaşamasına dəstək verməliyik. Sonda şagirdlərin çıxışları dinlənildi və suallarına cavab verildi.