17 noyabr “Milli Dirçəliş Günüdür” mövzusunda dəyirmi masa keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 8 “A” sinif şagirdləri 17 noyabr “Milli Dirçəliş Günüdür” mövzusunda dəyirmi masa keçirildi. Məqsəd dirçəliş günü ilə bağlı şagirdlərin hansı dərəcədə biliklərə sahib olmasını yoxlamaq, dircəliş günü ilə bağlı biliklərin möhkəmləndirmək idi. Tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək bu günün tariximizdə çox böyük əhəmiyyət danışdığını qeyd etdi. O bildirdi ki, bu günün əsası 1988-ci il noyabrın 15-16 da Bakıda etiraz nümayişləri ilə başlanmışdır. Sonra isə noyabrın 17-də Topxana meşəsinin qırılıb yerinə sənaye mərkəzləri tikilməsi xəbəri bu etirazı daha da coşdurdu. Artıq Azərbaycan xalqı öz sözünü demək üçün o gün çox böyük əzmkarlıq göstərdi. Cümhuriyyət devrildikdən sonra ilk dəfə üçrəngli bayrağımız Azadlıq meydanında dalğalanmağa başladı. Beləliklə, bu gün tariximizə “Milli Dirçəliş Günü” kimi düşdü. Sonra UBR Mədinə İskəndərova bu gün haqqında məlumat verdi. Tövsiyyə etdi ki, bu günləri unutmaq olmaz. Çünki bu günlər bizi azadlığa, müstəqilliyə aparan yolun başlanğıcını qoyub. Tədbirdə məktəbin kitabxana müdiri Atyən Məmmədova da iştirak etdi.