Tarix aylığı çərçivəsində silsilə tədbirlər davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq 5 “A” 5“B”  5“C”  sinifləri arasında 2-ci Qarabağ savaşına aid yarış keçirildi. Məqsəd 2-ci Qarabağ savaşında vətənimizin qələbəsi haqqında şagirdlərin nə dərəcədə biliyə malik olduğunu yoxlamaq idi. Komandaların adları da maraqlı idi. 5“A” sinfi “Zəfər”, 5“B”   sinfi “Dəmir yumruq”, 5“C”   sinfi isə “Qələbə” adlanırdı. Yarış 2 tur bir finaldan ibarət idi. Sonda 5“A”  sinfi olan Qələbə komandası qələbə qazandı. 2-ci yeri Dəmir yumruq,3-cü yeri isə Zəfər komandası tutdu. Yarışda tarix müəllimləri Zərxanım Zülfüqarova,Xudai Afət, fransız dili müəllimi Günel Ömərova, UBR rəhbəri Mədinə İsgəndərova da iştirak etdilər. Sonda komandalara fəxri fərmanlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi