12 Noyabr konstitusiya günüdür

Məktəbin fəaliyyət planına uyğun olaraq 5"C" sinifində 12 Noyabr konstitusiya günü münasibətilə tədbir keçirildi. Məqsəd əsas qanunumuz olan konstitusiya ilə şagirdləri tanış etmək idi. Tarix müəllimi Zərxanım Zülfuqarova çıxış edərək konstitusiyamızın insan həyatındakı rolundan danışdı. O qeyd etdi ki, Ana yasamız  1995-ci il noyabrın 12 də qəbul edilib. Konstitusiyamız 5 bölmə 12 fəsil 158 maddədən ibarətdir. Bu  maddələrin 48-i insan hüquqlarına aiddir. Bu qədər maddənin insan hüquqlarına aid olması, ölkəmizdə ali varlıq olan insana nə qədər dəyər verildiyini göstərir. Hər kəs bu maddələr barədə məlumatlı olmalıdır. Sonra 5-ci sinif şagirdlərindən Zəhra, Mədinə, Məhəmməd, Mirsadiq öz yaşları səviyyəsində uşaq hüquqları haqqında müxtəlif fikirlər söylədilər.   Şagirdlərin fikirləri maraqlı və təqdirəlayiq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi