12 NOYABR-KONSTİTUSİYA GÜNÜ

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur.
Məktəbin fəaliyyət planına əsasən 4 “C” sinfində sinif təşkilat saatında Konstitusiya gününə aid məlumatlar paylaşıldı. Şagirdlər uşaq hüquqları haqqında məlumatlarını paylaşdılar.