Tarix aylığı davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq 9 "B” sinif şagirdləri ilə Bül-bülə qəbiristanlığındakı şəhidlər xiyabanını ziyarət etdik. Məqsəd Zəfər günü ilə əlaqədar şəhidlərimizi yad etmək idi. Xiyabanda məktəbimizin məzunları ,Səbuhi Orucov, Yunis Əliyev, IX sinif şagirdi Asəfin qardaşı Mehdi Fərzullazadə də uyuyur. Məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova 2-ci Qarabağ savaşında ölümləri ilə ölümsüzlük qazanan şəhidləri, qaziləri unutmamağı tövsiyə etdi. O, qeyd etdi ki, müqəddəs kitabımız olan Qurani Kərimdə də qeyd edilir ki, şəhidlərə ölü deməyin. Onlar ən uca zirvədə cənnətdədirlər. Sonra biologiya müəllimi Fərqanə Əkbərova da şagirdlərə vətənpərvər olmağı lazım gələrsə vətən uğrunda canından keçməyi bacarmağı tövsiyə etdi. Sonra şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq xatirə şəklilləri çəkildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun.